Qışda “Bavariya”dan ayrıla bilər
12.12.2025 , 19:00
“Bavariya”nın futbolçusu Saşa Boyenin adı yenidən transfer xəbərlərinin mərkəzinə düşüb.
Korner.az xəbər verir ki, qış transfer dönəmi yaxınlaşdıqca onun klubdan ayrılmaq ehtimalı artır.
Sağ cinah müdafiəçisi axtaran bir neçə komanda Boye ilə maraqlanır və bu siyahıda “Kristal Pelas” ön sıralarda dayanır.
25 yaşlı fransalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 14 dəfə meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Boyenin “Bavariya” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədə olsa da, Münhen klubu yanvar ayında onun satışına müsbət yanaşdığını daha əvvəl qeyd etmişdi.