Qış transfer pəncərəsində “Qalatasaray”ın böyük hədəfi
07.01.2026 , 13:30
“Qalatasaray” qış transfer pəncərəsində ciddi hədəfə yönəlib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubunun 26 yaşlı yarımmüdafiəçisi Davide Frattesi ilə bağlı danışıqlar başlayıb.
Xəbərdə bildirilir ki, futbolçu Türkiyə klubuna keçməyə hazırdır və şəxsi müqavilə şərtlərində İstanbul klubu ilə razılıq əldə olunub. Hazırda yekun qərarın “İnter” tərəfindən verilməsi gözlənilir.
İstanbul təmsilçisinin planına əsasən, Frattesi üçün icarə haqqı 5 milyon avro olacaq və müqaviləyə 30 milyon avroluq məcburi satınalma maddəsi daxil ediləcək.
Qeyd edək ki, cari mövsümdə Frattesi “İnter”də 15 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə komandasına dəstək olub.