“Qış transfer pəncərəsi” yanvarda açılacaq
29.12.2019 , 17:15

Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” gələn il yanvarın 7-də açılacaq.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandalar fevralın 6-da, saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.
