“Qış transfer pəncərəsi” açıldı
04.01.2023 , 16:47

Futzal üzrə Yüksək Liqada, eləcə də Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” yanvarın 3-də açılıb.
Korner.az xəbər verir ki, komandalar yeni transferlərini fevralın 1-i, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
