FİFA qış transfer fasiləsində transferlərə xərclənən pulların ümumi məbləğini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Dünyanın bir nömrəli ali futbol qrupunun rəsmi internet saytında verilən məlumata əsasən qış fasiləsində transferlərə xərclənən pul ötən ilkinə nisbətən 30 faiz artıb. Belə ki, bu qış fasiləsi dönəmində ümumilikdə transferlərə 346 milyon dollar xərclənib.
