Türkiyə Super Liqasının ötən turunda baş tutan “Trabzonspor” – “Qalatasaray” matçında qırmızı vərəqə alaraq meydandan qovulan meydan sahbilərinin üzvü Olcay Şahan və qonaqların oyunçusu Sofian Fequlinin cəzası bəlli olub
Türkiyə Futbol Federasiyasnın Nizam İntizam Komitəsi hər iki futbolçunu ağır cəzalandırıb.
Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində iki oyunçu arasında yaranmış gərginlik tərəflərin davası ilə davm etmişdi. Nəticədə matçın baş hakimi Halis Özkahya hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərərək meydan qovmuşdu.
NİK isə futbolçulara 3 oyun cəza verib.
Qeyd edək ki, Olcay Şahan “Trabzonspor”un “Kayserispor”, “Osmanlıspor” və “Sivasspor”, Fequli isə “Qalatasaray”ın “Gənclərbirliyi”, “Başakşəhər” və “Alanyaspor”la matçlarında meydana çıxa bilməyəcək.
