"Mançester Yunayted" İngiltərə Premyer Liqası 8-ci turunda "Liverpul"a qarşı keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Sky Sports nəşri yazıb.
Bu matça qədər bərpa olacağı gözlənilən Henrix Mxitaryan və Lyuk Şou komandaya kömək etməyə hələ də hazır deyil. Mxitaryanın ayağında hələ də ağrılar var, Şou isə tam bərpa olmayıb.
