“Qırmızı şeytanlar”ın əfsanəsi Rayan Giqqz futbolçu karyerasını bitirərək, məşqçilik fəaliyyətinə başlayacaq.
Korner.az-ın məlumatına görə, son 24 il ərzində yalnız “Yunayted”də top qovan Giqqz bu barədə açıqlama verib:
“Artıq karyeramın yeni səhifəsi açılır. “Yunayted”də 963 qarşılaşmada oynadığım üçün qürur duyuram. Bu müddət ərzində mənə dəstək olan bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Bunda sonra van Qalla birgə işləyəcəm. Onunla komandada uğurlar qazanacağımıza əminəm”.