“Mançester Yunayted” “Real”ın gənc futbolçusu Marko Asensionun xidmətində maraqlıdı.
Bu barədə məlumatı İspaniyanın “Don Balon” nəşri yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın 22 yaşlı futbolçunun transferi üçün 200 milyon avro ödəməyə hazır olduğu qeyd edilib.
Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo isə Asensionun satılmaması ilə bağlı rəhbərliyə müraciət edib.
Xatırladaq ki, İspaniya millisinin də üzvü olan cinah yarımmüdafiəçisinin “Real”la müqavilə müddəti 2023-cü ilin yayında başa çatacaq. Asensionun xidmətində “Çelsi”nin də maraqlı olduğu deyilir.
