İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” Andrea Belottinin transferini reallaşdırmaq niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda ingilis mətbuatı xəbər yayıb.
“Qırmızı şeytanlar” oyunçu üçün 75 milyon avro təklif etsə də, “Torino” hücumçu üçün 100 milyon avro tələb edir.
Xatırladaq ki, 2015-ci ildə “Palermo”dan 8.4 milyon avro qarşılığında “Torino”ya transfer olunan 23 yaşlı futbolçu bu mövsüm 34 rəsmi matça 27 qol vurub və 4 məhsuldar ötürmə edib.
