big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qılıncı əlindən alınmış zadəgan – YAZI

02.11.2015 , 18:52

Bu günlərdə səsi quyunun dibindən gələn “xüsusi” adam və qılıncları əlindən alınmış “zadəganlar”… Bəli, söhbət Joze Mourinyo və onun çalışdırdığı “Çelsi” klubundan gedir. Son zamanlar azarkeşlərin qəzəbinə tuş gələn London klubu Premyer Liqada bilirsiz neçənci yerdədi? Açığı, mən də bilmirdim. Təxmin edirdim ki, ilk onluqdadı. Nə də olsa, bu klubu həmişə yuxarı pillələrdə görməyə alışmışıq. Nəysə. Cədvəldə “Çelsi”ni axtardım, axtardım, axtardım… Və “arxeoloji qazıntılardan” sonra “evrika” deyə bağırdım. Çünki, cədvəldə “Çelsi”nin olduğu pilləni tapmışdım – 15-ci pillə. Utanmasa, autsayder də olar. 15-ci pillə artıq həyəcan təbilidi.

Bu mövsüm London klubunun Premyer Liqadakı qırılma nöqtəsi “Mançester Siti” ilə keçirdiyi oyun oldu. Matçda 0:3 hesabı ilə məğlub olan “Çelsi” bir daha özünə gələ bilmədi. 11 oyunda 6 dəfə qalası dağılan “zadəganlar” indi əzəli rəqiblərinə aşağıdan-yuxarı baxırlar.

Abramoviç, Mourinyo və futbolçular nə fikirləşirlər görəsən? İlk pillə ilə aralarında nə az, nə çox, düz 24 xal fərq var. Nə vaxt özünə gələcək bu klub? Azarkeşlərin çoxu və media klubun çalışdırıcısı Mourinyonu günahlandırır. Medianı başa düşmək olar. Mounun jurnalistlərə atdığı replikalar, müsahibələr zamanı yediyi böyük “loxmalar” indi portuqaliyalı məşqçinin boğazında qalıb.

 Əslində, azarkeşləri də başa düşmək olar. Komandaları uduzur, xal itirir, getdikcə aşağı pillələrə yuvarlanır. Azarkeşlər portuqaliyalı mütəxəssisə qəzəblənib. Amma bu zalımın balası layiq deyil axı belə qəzəbə. Bu, Mourinyodu –  o adam ki getdiyi hər ölkədə futbol dünyasının tarixinə düşüb. Onun nailiyyətlərindən yazmaq üçün səhifə yox, səhifələr lazımdı. Getdiyi ölkələrdə qazandığı çempionluqları və aldığı mükafatları xatırlayaq:

“Portu”

Portuqaliya çempionluğu: 2002/03, 2003/04

Portuqaliya kuboku: 2002/03

Portuqaliya Superkuboku: 2003

Çempionlar Liqası: 2003/04

“Çelsi”

İngiltərə çempionluğu: 2004/05, 2005/06, 2014/15

İngiltərə Liqa Kuboku: 2004/05, 2006/07, 2014/15

İngiltərə Superkuboku: 2005

İngiltərə ölkə kuboku: 2006/07

“İnter”

İtaliya Superkuboku: 2008

İtaliya çempionluğu: 2008/09, 2009/10

İtaliya kuboku: 2009/10

Çempionlar Liqası: 2009/10

“Real” (Madrid)

İspaniya çempionluğu: 2011/12

İspaniya kuboku: 2010/11

İspaniya Superkuboku: 2012

Şəxsi mükafatlara və uğurlara gəlincə, Mourinyo İngiltərə Premyer Liqasında və İtaliyada 2 dəfə ilin məşqçisi seçilib, UEFA tərəfindən 5 dəfə Avropanın və İFFHS tərəfindən isə 4 dəfə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb, “Qızıl skamya” mükafatını alıb.

İndi biz Mounu məşqçilik edə bilmir deyə ittiham etsək, inanın ki, futbol tanrısı bizə qənim olar. Axı o, “xüsusi biri”di…

Qulam SƏFƏROV

Son yazılar

To Top