big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qeyri-adi forma nömrələri ilə oynamış futbolçular – YAZI

24.04.2015 , 06:42

Eradan əvvəl
təqribən V əsrdə Hindistanda meydana gələn rəqəmlər sonradan VIII-IX əsrlərdə
Ərəbistana, XI-XIII əsrlərdə isə Avropaya keçmişdi. Bu gün tanıdığımız rəqəmlər
isə təqribən XVI əsrdən məlumdur. Bu rəqəmlərdən sonradan nömrələr yarandı.
Nömrələr insan həyatının bir çox sahəsində geniş istifadə olunduğu kimi
futbolda da zəruridi. Futbolu rəqəmlərsiz təsəvvür etmək mümkün deyil. Bəzən
futbolçular adı ilə yox, məhz nömrələri ilə tanınırlar. Məsələn, kifayət qədər
yaşlı və futbola yenicə alışan azyaşlı azarkeşlər müasir futbolçuların adlarını
yadda saxlamırlar. Bizim Messi kimi tanıdığımız onların “10 nömrəsi”di. Bu
baxımdan ulu babalarımıza rəqəmləri kəşf etdiyinə görə təşəkkür etməliyik.

Hə, indi
keçək mətləbə. Müasir futbolda oyunundan çox saçına, geyiminə və s. üstünlük
verən futbolçular çoxdu. Bəziləri üçün isə öz formalarındaki nömrələr çox önəmlidi.
Az olmayıb ki, forma nömrəsinə görə azarkeşlər etiraz etsin… Elə çox uzağa
getmədən misal çəkim. Ötən mövsüm Aleksis Sançez “Arsenal”a transfer olunanda rəhbərlik
illərdi bu klubda top qovan Tomas Rosiskidən 7 nömrəni alıb çilili futbolçuya
vermək istəyirdi. Lakin azarkeşlərin etirazı nəticəsində Aleksis hazırda 17
nömrəli formanı tərlədir. Bugünki yazımız futbol tarixində özünə maraqlı forma
nömrəsi seçən futbolçular haqda olacaq:

1. Xişam Zeruali – “Aberdin” (Şotlandiya)

Картинки по запросу hicham zerouali

FİFA-nın
qanunlarına əsasən, futbolçular özlərinə 1-99 arası rəqəmləri seçə bilərlər.
Ancaq hazırki qəhramanımız bu çərçivədən kənara çıxan ilk futbolçu olub. Xişam
Zeruali karyerasının çiçəklənən dövrünü “Aberdin”də keçirib. Mərakeşli futbolçu
klubun tarixinə düşmüş bombardirlərdəndi. Azarkeşlər ona “zero” (sıfır) ləqəbini
qoymuşdular. Bu səbəbdən Zeruali yeni mövsümdən 0 nömrəli formanı geyinməklə
FİFA qaydalarında da istisnanın mümkünlüyünü göstərdi

“Aberdin”də
37 oyuna 11 qol vuran furbolçu göstərdiyi oyunla“Mançester Yunayted”
skautlarının diqqətini cəlb edib. Bu klubda baxışda olsa da, bəyənilməyən
Zeruali Yaxın Şərqə, sonradan vətəni Mərakeşə yollanır. 2004-cü ildə isə avtomobil
qəzasından dünyasını dəyişir. Bir o qədər də uğurlu karyerası olmasa da,
Xişam“Aberdin” azarkeşlərinin xatirəsinə əvəzolunmaz 0 kimi yadda qalıb.

2. 
Pantelis Kafes – AEK

Картинки по запросу pantelis kafes

Qapıçılar
komandanın “1 nömrə”si sayılır. Hər azarkeş bu nömrənin əlcək sahiblərində görməyə
öyrəşib. Lakin yunan futbolçu Pantelis Kafes AEK klubunda 1 nömrəli forma ilə
çıxış edirdi. Pantelis həm yarımmüdafiədə, həm də hücumda oynamaq bacarığına
sahib idi. Futbolçu hazırda klubsuzdu və azad agent statusu ilə karyerasını
davam etdirir. Ümumilikdə, 430 oyuna çıxıb və 61 qol vurub.

3. Simon Vukçeviç – “Partizan”

Bir
zamanalar Serbiyanın ən istedadlı futbolçularından hesab olunan Simon Vukçeviç
karyerasının ən uğurlu illərini “Partizan”da keçirib. O da yunan həmkarı kimi 1
nömrəli futbolkada oynamağı üstün tutub.

 Yarımmüdafiədə top qovan Vukçeviç peşəkar
karyerasına 2003-cü ildə başlayıb. “Partizan”da ilk mövsümdə 12 oyun keçirib.
İkinci mövsümdə 26 oyuna 10 qol vurmaqla özünü yaxşı tərəfdən göstərməyi
bacarıb. Daha sonra 23 oyunda top qovan Vukçeviç cəmi 4 dəfə fərqlənib.

Hazırda
Yunanıstanda oynayan Vukçeviç “Levadiakos” klubunda 23 oyuna çıxıb və cəmi 2 dəfə
fərqlənib.

 

4. Rocerio Seni – “Sau Paulo”

Penalti
və cərimə zəribələrini gözəl yerinə yetirən qapıçı desək, söhbətin Roceri Senidən
getdiyini yəqin ki, təxmin edərsiz.
O oynadığı “Sau Paolo” klubunda 01 nömrəli forma ilə bir neçə matçda
qapını qoruyub. Bu klubda keçirdiyi 618-ci oyunun şərəfinə isə futbolkasının
arxasında 618 nömrəsi yazılan bu qapıçı azarkeşlərin yaddaşında qeyri-adi
futbolçu kimi qalmağı bacarıb.

Rocerio
1138 oyun keçirib və bir çox hücumçunun hələ də vura bilmədiyi qədər qol vurub
– 127.

5. Luka Buççi – İtaliya

Futbolda
“10 nömrə” deyiləndə ağıla Maradona, Messi, Baccio və s. futbolçular gəlir. Çünki
adət etmişik ki, 10 və 7 nömrəli formaları komandanın aparıcı üzvləri geyinsin.
Lakin “Napoli”də 10, “Parma”da 7 və 5 nömrəli formada qapının toxunulmazlıöını
qoruyan Buççi azarkeşlərin yaddaşlarında xüsusi futbolçu kimi qalıb.

İtaliya
yığmasında 1994/95-ci il mövsümündə cəmi 3 oyuna çıxan Buççi futbolçu
karyerasına 2009-cu ildə “Napoli”də yekun vurub. Hazırda “Parma”da qapıçıların
məşqçisi vəzifəsini yerinə yetirir.

6. İvan Samorano – “İnter”

İvan
Samorano “Real”da 9 nömrəli forma ilə çıxış edirdi. “İnter”ə transfer
olunduqdan sonra da bu nömrəni tələb etdi. Lakin “9 nömrə”yə ondan daha çox
layiqli Roberto Baccio sahib çıxdı. İlk olaraq 10 nömrəli futbolkanı istəyən
Baccio bu nömrədən braziliyalı Ronaldoya görə imtina etdi. Samorano isə 18 nömrəli
formanı seçməli oldu. Gec təslim olan futbolçu 1 və 8 rəqəmlərinin arasında
“plus” işarəsi qoymaqla istəyinə “nail oldu”.

Samoranonun
ulduzu daha çox “Real”da parlayıb – 137 oyuna 77 qol. “İnter”də isə 102 dəfə
meydana çıxan çilili futbolçu 27 dəfə fərqlənib. 


Məmmədov İlkin

Son yazılar

To Top