Qelya Due “Çelsi”yə keçə bilər
21.10.2025 , 20:51
“Strasburq”un sağ cinah müdafiəçisi Qelya Due karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Çelsi” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq niyyətindədir. Məlumatı “CaughtOffside” yayıb.
London klubu Due üçün 30 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır. Bununla yanaşı, “Aston Villa”, “Brentford” və “Brighton” da 23 yaşlı müdafiəçi ilə maraqlansa da, “Çelsi”nin transferdə favorit olduğu bildirilir.
Qeyd edək ki, “Strasburq” Qelya Dueni 2024-cü ilin yayında “Renn”dən 6 milyon avroya transfer edib. O, cari mövsümdə Liqa 1-də 5 matçda çıxış edərək 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.