Qazaxıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün hazırlıq planı müəyyənləşib.
Stanimir Stoilovun baş məşqçi olduğu kollektiv iyunun 1-də Astanada bir araya gələcək. Ayın 6-dək davam edəcək hazırlıq prosesi üçün 35 futbolçunun yer aldığı geniş heyət tərtib olunub. Lakin yığmaya onlardan yalnız 23-ü götürüləcək.
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan milliləri arasındakı oyun iyunun 5-də Astanada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qarşılaşma hər iki kollektiv üçün UEFA Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.
