Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu
17.01.2019 , 20:00

Stanimir Stoilovla yolları ayıran Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.
Federasiya millini çexiyalı baş məşqçi Mixal Bilekə həvalə edib.
53 yaşlı mütəxəssis Qazaxıstan millisinə gəlmək üçün Çexiyanın “Zlin” klubundan ayrılıb. Onun əvəzinə isə baş məşqçi postuna Roman Pivarnik gətirilib.
Qeyd edək ki, Mixel Bilek 2009-2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Çexiya onun rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına qədər yüksəlib.
