Qazaxıstan millisi baş məşqçisiylə yolları ayırdı
17.01.2019 , 15:39

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Stanimir Stoilovu istefaya göndərib.
Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2018-ci ildə yığmanın “sükanı arxası”na keçən bolqarıstanlı mütəxəssis Millətlər Liqasındakı uğursuz çıxışa görə postundan göndərilib.
Qeyd edək ki, 51 yaşlı mütəxssis “Levski”, “Liteks”, “Anartosis”, “Botev”, “Astana” klubları ilə yanaşı, Bolqarıstan yığmasında da baş məşqçi olub.
