Yanvarin 10-dan Antalyaya yollanan "Simurq" qardaş ölkədə qış təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, artıq Zaqatala təmsilçinin yoxlama oyunlarında rəqibləri bəlli olub.
Yanvarın 17-də "Simurq" Qazaxıstanın "Akjayik", yanvarın 22-də Bolqarıstanın MOİK, yanvarın 25-də Rusiyanın "Tom", yanvarın 28-də Xorvatiyanın "Slaven Belupo" klubu ilə qarşılaşacaq. Georgi Çixradzenin komandasının Antalyadakı son rəqibi yanvarın 31-də Rumıniyanın "Petrolul" klubu olacaq.
Qeyd edək ki, hazırlıq prosesində "Simurq" heyətini gücləndirməyədə davam edəcək. Baş məşqçinin istəyinə uyğun baxışa dəvət olunmuş futbolçulardan məşqçilər korpusunun rəyi əsasında transferlər həyata keçiriləcək. Onlar haqqında qərarlar yoxlama görüşlərindən sonra veriləcək.
