FIFA referisi Əliyar Ağayev beynəlxalq oyun idarə edəcək.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qazaxıstan və Bolqarıstan milli komandaları arasında iyunun 4-də keçiriləcək yoldaşlıq görüşünün baş hakimi Əliyar Ağayev olacaq. Ona Mehman Mahmudov və Vaqif Musayev kömək edəcəklər.
