Qazaxıstan – Azərbaycan matçının hakimləri açıqlandı
31.05.2022 , 12:57

Azərbaycan yığmasının Millətlər Liqasının I turunda Qazaxıstanla keçirəcəyi matç üçün təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşdə baş hakimi İştvan Vad olacaq. Ona yan xətlərdə Vencel Tot və İstvan Albert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.
İyunun 3-də Nur-Sultandakı “Astana Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
