Qaytan “Beşiktaş”ın hədəfində
21.04.2020 , 19:32

“Beşiktaş” yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Lill”in yarımmüdafiəçisi Nikolas Qaytanı rənglərinə bağlamaq istəyir.
“Ağ-qaralar” Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq futbolçunu azad agent statusu ilə heyətinə qatmaq fikrindədir.
