Ölkə futbolu

“Qayıtmağıma görə xoşbəxtəm” – Səbailin legioneri

19.11.2019 , 17:10

“Səbail”in futbolçusu Eriko Da Silva Premyer Liqanın 12-ci turunda “Sabah”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Korner.az xəbər verir ki, müdafiəçi matçla bağlı bunları deyib:

“Oyuna qayıtmağıma görə xoşbəxtəm. Futbol üçün çox darıxmışdım. Əlimdən gələni edəcəm ki, komandaya xal qazanmağa kömək edim. İrəlidə vacib oyun var – şənbə günü, “ASCO Arena”da qələbəni təmin etmək üçün məşqlərdə hamı çox ciddi hazırlaşır”.

Noyabrın 23-də keçiriləcək “Səbail” – “Sabah” matçı saat 15:00-da start götürəcək.

Son yazılar

Yuxarı