Qattuzo: “Yuventus” bizi darmadağın etmədi”
12.11.2018 , 10:02

İtaliya A Seriyası XII turunda “Milan” “Yuventus”la qarşılaşıb. Turun mərkəzi oyununda “ağ-qaralar” qalib gəlib – 2:0
“Milan”ın baş məşqçisi Cennaro Qatusso matçdan sonra oyun haqda danışıb. Onun sözlərinə görə, hazırda “Milan” “Yuventus” eyni səviyyədə deyillər. “Qoca Sinyora”nı “Mançester Siti” və “Barselona” ilə müqayisə edən mütəxəssis bunları deyib:
“Özümüzə haqq qazandırmamalıyıq. Bizdən güclü olan komandaya qarşı oynadıq, uduzduq. “Milan” nə etməli idisə, onu da etdi. İkinci qola qədər oyunda qaldıq, “Yuventus” bizi darmadağın etmədi. Oyun ərzində yaxşı oynadığımız dəqiqələr də oldu, amma “Yuventus” hazırda başqa səviyyədədir. Onlar “Barselona” və “Mançester Siti” ilə eyni səviyyədədirlər”
