İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro yeni mövsümdən “Milan” klubunu çalışdıra bilər.
Korner.az-ın məlumatına görə, bu xəbəri İtaliya mətbuatı yayıb.
O, mövsümün sonunda komandadan gedəcəyi gözlənilən Filipo İnzaqini əvəzləyəcək.
Taylandlı iş adamı Bi Tayçaubol klubun səhmlərini alacağı təqdirdə baş məşqçi vəzifəsinə məhz Kannavaronu gətirməyi planlaşdırır. Məşqçilər korpusunda İtaliya yığmasının sabiq üzvləri Paulo Maldini və Cennaro Qattuzonun yer alacağı gözlənilir.
