Qattuzo gedəsi olmadı
28.12.2018 , 20:50

“Milan”ın idman direktoru Leonardo komandanın baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayıracaqları ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, 45 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini deyib: “Qattuzo bizim üçün dəyərli biridir. Onunla yolları ayırmağı heç vaxt düşünməmişik. Qattuzodan uğurlu olmasını gözləyirik. Ümid edirik ki, komanda SPAL-la matçda yaxşı oyun nümayiş etdirəcək”.
Qeyd edək ki, “Milan”ın Qattuzonu istefaya göndərəcəyi iddia olunurdu
