“Qarşılaşmanın əvvəlində rəqib sərt oyun təklif etdi. Biz də müəyyən qədər rəqibin bu oyun tərzinə uyğun şəkildə oynadıq”. Korner.az-ın məlumatına görə, məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.
Almaniyalı mütəxəssis Bolqarıstan yığması ilə yoldaşlı qoyunundakı 4:2 hesablı qələbəyə şərh verib: “Son 10 dəqiqəni yüksək səviyyədə keçirdiyimizi düşünürəm. Təbii ki, müəyyən çatışmazlıqlar var idi. Bununla belə, 4 qol vuraraq qələbə qazandığımız üçün çox sevinirəm».
