Bu gün baş tutan AFFA Klublar Komitəsinin iclasından sonra "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, Elbrus Məmmədovun yeriə Yunis Hüseynovun gətirilməsinə münasibət bildirən Nadirov bunları deyib:
"Yunis Hüseynov idman direktoru vəzifəsində çalışanda işi az deyildi. Bildiyiniz kimi, mövsümün ikinci yarısında gənclərə şans verdik ki, onların hazır olub-olmadığını bilək. Bu məqsədlə Elburus Məmmədovu dəvət etmişdik. Indi isə komanda Yunis bəyə tapşırıldı. Rəhbərlik də komandanın gücləndirilməsi üçün ona dəstək olacaq. Qarşıdakı mövsümdə hədəfimiz çempion olub, avrokuboklara vədiqə qazanmaqdı".
