Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna rəqib olan İsveçin “Hefle” klubunun baş məşqçisi Per Olsson oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, Qavle təmsilçisinin çalışdırıcısı sabahkı matçla bağlı bunları deyib:
"Cavab oyununda pley-offa yüksəlmək üçün əla şansımız var. Qarşımızda çox yüksək səviyyəli komanda olacaq. İlk oyundakı məğlubiyyəti kompensasiya edə bilərik. Bakıdakı oyun göstərdi ki, hücumlarda effektli olsaq, turu keçə bilərik".
