Braziliya futbolunun əfsanəsi Qarrinçanın qəbri yoxa çıxıb.
Korner.az-ın məlumatına görə, bu barədə Qarrinçanın qızı məlumat verib. O, atasının qəbri yanında onun xatirəsinə həsr olunmuş mərasim keçirmək istəyərkən, qəbrin yox çıxdığı məlum olub.
İlkin məlumata görə, Qarrinçanın qəbri hələ bir neçə il əvvəl götürülüb. Versiyaya görə, kimsə burda öz yaxın qohumlarından birini dəfn edib.
Amma Qarrinçanın uşaqlarından heç kimin bu barədə məlumatı olmayıb. Üstəlik, əfsanəvi futbolçunun həmin yerdə dəfn olduğunu təsdiq edən heç bir sənəd də yoxdu.
