Qarnaço: “Mançester Yunayted”dən ayrılmaq doğru qərar idi“
10.12.2025 , 14:45
Yarımmüdafiəçi Alexandro Qarnaço bu ilin avqustunda “Mançester Yunayted”i tərk edərək, Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biri olan “Çelsi”yə keçidi barədə danışıb.
Korner.az xəbər verir ki, argentinalı oyunçu keçidindən peşman olub-olmadığı sualına belə cavab verib:
“Xeyr, heç bir peşmanlığım yoxdur. Bəzən dəyişiklik etmək, irəli addımlamaq və futbolçu kimi inkişaf etmək lazımdır. Mənim üçün həm zaman, həm də klub baxımından hər şey uyğun idi. Ona görə də qərar vermək çətin olmadı”.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 9 qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.