Qari Nevil: “Bu mənim üçün faciə ola bilər”
11.04.2019 , 20:15

“Mançester Yunayted” klubunun sabiq futbolçusu Qari Nevil bir tur sonra baş tutacaq “Mançester derbisi” ilə bağlı fikirlərini bildirib.
“Mançester Siti”nin mövsümü 4 titul ilə bitirmək ehtimalının olduğunu qeyd edən Nevil bunu təsəvvürünə belə gətirmək istəmədiyini deyib.
“Derbidə “Mançester Yunayted”in “Mançester Siti”ni məğlub etməsini çox istəyirəm. Lakin “Liverpul”un çempion olmasını da qətiyyən qəbul etmirəm. Ən pisi isə “Mançester Siti”nin mövsümü 4 kubokla bitirə bilməsidir”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında “Mançester derbisi” 34-cü turda baş tutacaq.
