Qari Lineker: “Liverpul” azarkeşlərindən üzr istəməyəcəm”
03.05.2019 , 10:36

İngiltərəli sabiq futbolçu Qari Lineker “Liverpul” ilə görüşdə Messinin ikinci qoluna verdiyi reaksiya ilə bağlı danışıb.
Hazırda şərhçi kimi fəaliyyətini davam etdirən Lineker bunları deyib.
“Messinin cərimə zərbəsindən vurduğu qol mükəmməl idi. Ola bilər ki, bu qola verdiyim reaksiyaya görə, “Liverpul” azarkeşləri məndən incisin. Amma “Barselona” klubunda çıxış etdmişəm və buna görə də heç kimdən üzr istəməyəcəm.”
Qeyd edək ki, Çempionlar Liqasının ilk yarımfinal görüşündə “Barselona” Mesinin dubl etdiyi oyunda “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.
