Qaret Beyl rəsmən “Tottenhem”də
20.09.2020 , 12:53

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Real”ın futbolçusu Qaret Beyli icarəyə götürüb. Uelsli oyunçu ilə 1 illik müqavilə imzalanıb.
“Real” 31 yaşlı futbolçunu 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya transfer edib.
