Qaret Beyl: “Mütləq qələbə qazanmalıyıq”
05.09.2019 , 19:25

“Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbirsizliklə gözləyirəm”.
Korner.az xəbər verir ki, bu sözləri Uels millisinin kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri Avro-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
O, üzərlərində təzyiqin olduğunu bildirib:
“Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Mövsüm öncəsi çox yaxşı hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram”.(Report)
