Dünya Futbolu

Qaret Beyl: “Bizim robotdan fərqimiz yoxdur”

22.05.2019 , 19:00

Madridin “Real” klubunun futbolçusu Qaret Beyl futbolçu olmağın çətinliyindən danışıb.

Uesli oyunçu futbolçuların robot kimi idarə olunduğunu deyib. Nə qədər qəribə səslənsə də, 29 yaşlı futbolçu insanlıqdan çıxdıqlarını bildirib.

“Biz futbolçular hamımız bir robot kimiyik. Nə zaman harada olacağımız və nə ilə qidalanmalı olduğumuzu bizim üçün əvvəlcədən planlaşdırırlar. Bir növ insanlıqdan çıxmışıq.”

Qeyd edək ki, Qaret Beylin bu yay “Real”ı tərk edəcəyi ehtimal olunur.

Son yazılar

Yuxarı