Uelsli futbolçu Qaret Beyl Avropa çempionatı final mərhələsinə çıxa biləcəyini söyləyib.
Korner.az-ın məlumatına görə, “Real”ın ulduz futbolçusu bunun üçün çox çalışdıqlarını qeyd edib:
“AÇ-2016 final mərhələsinə çıxmağı bacararıq. Keyfiyyətli oyunçularımız var. Çox çalışırıq. Bütün şərtlər bizim leyhimizədi. Meydana çıxıb layiqli mübarizə aparacağıq”
Qeyd edək ki, Uels millisinin ilk oyunu Andorra yığmasına qarşı olacaq.
