Qarayev yenidən millinin baş məşqçisi oldu
27.12.2023 , 14:52
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, bu vəzifə yenidən Faiq Qarayevə tapşırılıb. Onun təyinatı Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş bugünkü mətbuat konfransında açıqlanıb.
Faiq Qarayev müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan voleybol millisinin baş məşqçisi olub.