Futbol

“Qarabağ”la oyunu səbirsizliklə gözləyirik” – “Linfild”in baş məşqçisi

14.08.2019 , 13:02

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili III təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra açıqlama verib.

Korner.az “Belfast Telegraph”a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis “Qarabağ”la keçiriləcək oyunu səbirsizliklə gözlədiklərini bildirib:

“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər. Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq”.

Qeyd edək ki, “Qarabağ” avqustun 22-də “Linfild”in qonağı olacaq.

Son yazılar

Yuxarı