Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-11-21&&dateTo=2019-11-22): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Futbol

“Qarabağ”la oyunu buraxacaqlar

13.09.2018 , 18:00

“Qarabağ”ın Avropa Liqasındakı qrup mərhələsindəki rəqibi “Arsenal” zədəli futbolçularının son durumu ilə bağlı məlumat verib

Sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinaçin oktyabrın əvvəlində komanda ilə məşqlərə başlayacağı gözlənilir. Sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylz da böyük ehtimalla oktyabrın əvvəli hazırlıqlara qoşulacaq.

Karl Cenkinson oktyabr-noyabr aylarında, Loren Koselnin noyabrda məşqlərə qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, adları çəkilən iki oyunçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la səfər oyununu dəqiq buraxacaqlar.

Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü “Arsenal”a qarşı keçirəcək.

Son yazılar

Yuxarı