“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” transfer çalışmalarını davam etdirir
Madrid təmsilçisi bu gün keçiriləcək matç öncəsi daha bir oyunçu ilə danışığa başlayıb. Belə ki, İspaniya nəhəngi “Sampdoriya”nın yarımmüdafiəçisi Lukas Torreyranın keçidi üçün qarşı tərəflə təmasa keçib. Baş məşqçi Dieqo Simeone 21 yaşlı dayaq yarımmüdafiəçisinin qış fasiləsində heyətə cəlb olunmasını tələb edib. Uruqvaylı oyunçu 40 milyon avro müqabilində yanvarda Madridə köçə bilər.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 12 oyun keçirən Lukas Torreyranın aktivində 2 qol, 1 məhsuldar ötürmə var.
