Çempionlar liqası

“Qarabağ”la oyunöncəsi “Roma”da itki

28.11.2017 , 07:00

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” itki ilə üzləşib

Hücumçu Qrequar Defrel sıradan çıxıb.

 
Fransalı futbolçu A seriyasının XIV turunda “Cenoa” ilə (1:1) keçirilən qarşılaşmada zədələnib. Belə ki, görüşün 58-ci dəqiqəsində komanda yoldaşı Dieqo Perottini əvəzləyən Defrel sol dizindən xəsarət alıb. Klubun həkimləri vaxt itirmədən onun müalicəsinə başlayıblar. Forvardın qrup mərhələsinin “Qarabağ”la son matçına yetişib-yetişməyəcəyi müalicənin gedişindən asılı olacaq.
 
Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək.

Son yazılar

Yuxarı