Azərbaycan Premyer Liqasının 7-ci turunda sabah “Qarabağ”la qarşılaşacaq “Neftçi” oyuna ciddi itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından olan Bruno Bertuççi vacib matçı buraxmalı olacaq.
Korner.az-ın qol.az-a istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Arif Əsədov deyib.
Onun sözlərinə görə zədədən əziyyət çəkən braziliyalı müdafiəçi oyuna hazır deyil.
A.Əsədov həmçinin hücumçu Ernest Nforun də zədəli olduğunu deyib. Bildirib ki, kamerunlu hücumçunun “Qarabağ”la oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı sabah saat 16:00-da başlayacaq.
