“Qarabağ”la oyundan sonra hamı Lopetegi və komandası barədə danışırdı”
08.10.2019 , 11:50

“Məsuliyyətimi gizlətmirəm, mövcud statistika məni qorumur. Qarşıda hələ aylar var”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sevilya”nın idman direktoru Monçi komandanın mövcud vəziyyəti barədə danışarkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Xatırlayıram ki, “Qarabağ” səfərindən qayıdanda hamı Lopetegi və komandası barədə danışırdı. Amma 10 gün sonra… Küçədə deyilənlərlə yaşaya bilmərik. Tənqidlərə dözməyi öyrənmişəm”.
Qeyd edək ki, AL-in qrup mərhələsinin ilk turunda oynanılan “Qarabağ” – “Sevilya” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
