“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq
14.10.2021 , 10:38

Qazaxıstanın “Kayrat” klubunda baş məşqçi Kurban Berdıyevlə futbolçular arasında narazılıq yaranıb.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın Konfrans Liqasındakı rəqibində futbolçular Berdiyevin müdafiə futbolu oynatmasından narazı olduğu bildirilib:
“Berdiyevdən daha çox şey gözlənilirdi. O, müdafiə futbolu oynadır və bu, oyunçuların narazılığıyla qarşılanır”.
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 24-də Bakıda “Kayrat”la qarşılaşacaq.
