“Heyətimizdən görmək olar ki, biz ölkə çempionatı ilə Avroliqa arasında fərq qoymuruq”.
Korner.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
Sabah Avroliqanın beşinci turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyun haqda danışan fransız mütəxəssis, mütləq qələbə qazanmalı olduqlarını bildirib: “Qarabağ” üzərində qələbə bizə çox lazımdır. Ardıcıl beşinci heç-heçə haqda düşünmürük. Komandamızın qarşısında müəyyən tapşırıqlar var və onları yerinə yetirməliyik”.
