“Qarabağ”la oyunda bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq” – Elşad Əhmədov
24.11.2018 , 22:19

“Çətin oyun oldu. “Qarabağ” oyunboyu hücum etdi, biz müdafiə olunduq”. Bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib.
Premyer Liqanın debütantı XII tur çərçivəsində “Qarabağ”ın qonağı olub. Qarşılaşma bərabərliklə başa çatıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Əks hücumlardan yararlanmağa çalışsaq da, istədiklərimizi edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq”.
– Marko Deviçin durumu necədir?
– Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq. Gələn oyun bizə kömək ehtimalı var.
– Real yanaşsaq, komandanız hansı məqsədlər üçün mübarizə aparır?
– Premyer Liqada yerimizi qorumağa çalışırıq. Sadəcə, 4 turdan sonra 9 xal toplamışdıq və hamı bizdən daha artıq şey gözləməyə başladı. Bəli, futbolçularımız bu gün canlarını qoyur.
– Çempionatda hansı komanda ilə istəklərinizi həyata keçirə bilərsiniz?
– Bizə bir neçə futbolçu lazımdır. Fərqi yoxdur yerli və ya legioner. Komandanı gücləndirə biləcək futbolçulara ehtiyacımız var.
