“Qarabağ”la oyuna müvəqqəti baş məşqçiylə
27.09.2019 , 12:23
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ı qəbul edəcək Lüksemburuqun “Düdelanj” klubu yeni baş məşqçisini açıqlamağa tələsmir.
Yeni çalışdırıcı oktybarın 3-ü “Qarabağ”la keçiriləcək matçdan sonra təqdim olunacaq. “Düdelanj”ı Ağdam təmsilçisi ilə matça Bertran Krasson çıxaracaq.
Lüksemburq klubu Krassonun rəhbərliyi altında səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etmişdi.
“Düdelanj” bir müddət əvvəl Emilio Ferreranı baş məşqçi postundan göndərmişdi.
