“Rəvan” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.
Korner.az-ın məlumatına görə, paytaxt klubu Topaz Premyer Liqasının XXI turunda fevralın 22-də "Qarabağ”la keçiriləcək növbəti oyun üçün hazırlıqlara başlayıb.
Klubun rəsmi saytının verdiyi xəbərə görə, dünən baş tutan məşq əsasən bərpa xarakterli olub. Bu səbəbdən “Kəpəz”lə matçda əsas heyətdə yer alanlar ayrıca çalışıb. İstisna kimi Nuran Qurbanovla Samuel Barlayı göstərmək olar ki, onlar da "Qarabağ”la görüşdə cəza səbəbi ilə oynaya bilməyəcək.
Məşqə isinmə hərəkətləri ilə başlayan futbolçular yüngül çalışmalarla hazırlığı davam etdirib. Ardından qapıya zərbələr üzərində çalışan komanda üzvləri meydanın yarı hissəsində “kvadrat” oynamağa da imkan tapıb. Məşqin sonunda isə baş məşqçinin istəyi ilə futbolçular cərimə zərbələrinin yerinə yetirilməsinə xüsusi diqqət ayırıb.