Sabah Premyer Liqada XXI tura start veriləcək. "Rəvan” saat 15:00-da "Bayıl Arena”da başlayacaq oyunda "Qarabağ”ı qəbul edəcək.
Korner.az-ın məlumatına görə,komanda bu gün 1 saata yaxın davam edən məşqlə oyuna hazırlığını başa vurub.
Son məşq olduğundan baş məşqçi Ramil Əliyev futbolçuları elə də yormayaraq sadə tapşırıqlarla kifayətlənib. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular qısa ötürmələr üzərində işləyib, meydanın yarı hissəsində "kvadrat” oynayıb, qapıya zərbələr üzərində çalışıblar.
Düşərgədə zədəli futbolçu yoxdu, amma təəssüf ki, əsas heyətin 2 üzvü cəzalı durumdadı: Samuel Barlay və Nuran Qurbanov ötən oyunda sarı vərəqə limitini doldurduğundan bu matçı buraxmalı olacaq.