“Simurq” ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində sabah Qarabağ”a qarşı keçirəcəyi oyuna itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin kapitanı İlkin Qırtımov sarı vərəqə limitini doldurduğundan, sabahkı matçı tribunadan izləməli olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlmişdi.
