“Rəvan” Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”ın qonağı olacaq.
Korner.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi komanda elə həmin arenada matç ərəfəsində son məşqini edib. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular qısa zonalarda ötürmələr üzərində çalışıb. Ənənəvi “kvadratlar”ın ardından isə qapıya zərbələr üzrə çalışma olub.
Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu bu gün saat 17.00-da başlayacaq.
